Dünya

KİV: ABŞ Rusiyanı Ukraynanın öz ordusunu tanınmasını istəyir

25 aprel / 08:50 1 dəq
Indir 2025 04 25t084929.567
25 aprel / 08:50
Burada sizin reklamınız ola bilər

ABŞ Ukraynada münaqişənin sülh yolu ilə həlli kontekstində Rusiyadan Kiyevin öz ordusu və hərbi sənayesini yaratmağı ilə bağlı hüququnun tanınmasını tələb edir.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi mənbələrə istinadən xəbər verir.

Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu məsələnin Rusiyanın Prezidenti Vladimir Putinlə görüşdə müzakirə olunmasını nəzərdə tutur.

Agentlik həmçinin əlavə edib ki, Vaşinqton Moskvanı Zaporojiya AES-i ABŞ-ın nəzarətinə verməyə və Ukraynanın Dnepr çayı boyunca keçidini təmin etməyə də razı salmaq niyyətindədir.

Məqalədə o da qeyd olunur ki, bu təkliflər hələ tam olaraq təsdiqlənməyib və onlara dəyişikliklərin edilməsi mümkündür.

Paylaş
Burada sizin reklamınız ola bilər