Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub.
“Qərb Xəbər” məlumat verir ki, hadisə 27 Aprel tarixində Kür çayının qırağında qeydə alınıb.
Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər.
Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.