Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Tovuz Peşə Liseyində hərbi-idman oyunları keçirilib

29 aprel / 16:32 2 dəq
278579863 315402180710278 4296105079658982360
29 aprel / 16:32
Burada sizin reklamınız ola bilər

Tovuz Peşə Liseyində hərbi-idman oyunları keçirilib.

“Qərb Xəbər”in xəbərinə görə, Azərbaycan Respublikasının dövlət himni ilə başlanan tədbir Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəis müavini Mustafa Mustafayev, Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri üzrə nümayəndəsi Yaşar İbrahimov, Yeni Azərbaycan Partiyasının Tovuz rayon Təşkilatının sədr müavini İlqar Kərimov, Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, ehtiyatda olan zabit və qazilər, Tovuz rayon Təhsil Şöbəsinin hərbi metodisti və çağırışaqədərki hazırlıq rəhbərləri, Vətən Müharibəsi qaziləri və digər qonaqlar iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Tovuz Peşə Liseyinin direktor əvəzi Nicat Göyüşov dəvəti qəbul edib gələn qonaqlara minnətdarlıq ifadə edib. Daha sonra hədəfə qumbara atma, çökərək və ayaq üstə atıcılıq, jim (otjimaniya), dartınma, estafet qaçış hərbi və idman növləri üzrə tələbələr arasında yarışların keçirilməsinə başlanıb.

Yarışan tələbələr müxtəlif komandaları təmsil edirdilər ki, həmin komandalar da Azərbayca torpaqlarının ərazi bütövlüyü uğurunda canından keçmiş Tovuz Peşə Liseyinin 6 nəfər şəhid məzununun -İbrahimov Firdovsi Nurəddin oğlu, Şəhid Ələkbərov Muraz Məzahir oğlu, Şəhid Əsgərov Kamran Bayram oğlu, Şəhid Məmmədov Elşad Dönməz oğlu, Şəhid Şirinov Elmar Cəbrayıl oğlu, Şəhid Əhmədov Elmar Elşən oğlunun adlarını daşıyır.

Yarışmalarda aktiv iştirak edən tələbə gənclər, onların hərbi və fiziki hazırlığı ilə məşğul olan müəllimlər təltif ediliblər.

Sonda xatirə şəkillləri çəkdirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı