Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

“D-8 Təşkilatı”na qoşulmaq Azərbaycana nə qazandıracaq? – Şərh

5yqy2l4gmb

“D-8 (“İslam səkkizliyi”) təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030 hədəflərimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız lazımdır”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TV 100-ə müsahibəsində deyib. Məsələni ‘Qərb Xəbər’ə şərh edən politoloq Oktay Qasımlı bildirib ki, Azərbaycan çox müxtəlif istiqamətlərdə öz … Read more

Türkiyə Rusiyaya xəbərdarlıq edib

2c46c113 beae 3655 bc26 954489527fe9

“Ukraynanın Odessa şəhərinə olan hücum bizi narahat etdi. Belə hücumlar təkrarlanmamalıdır”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib. “Ümid edirik ki, proseslər problemsiz davam edəcək. Biz də bunun üçün töhfəmizi verəcəyik. Bunu təkcə özümüz üçün yox, bütün dünya üçün edirik. Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi … Read more

Azərbaycan “İslam səkkizliyi”nə üzv olmaq istəyir

Bayraq

“D-8 (“İslam səkkizliyi” – red.) təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030-cu il hədəflərimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız lazımdır”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100″ə müsahibəsində deyib. “Bu təşkilatı genişlətmək lazımdır. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, … Read more

Prezidentin İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsi ləğv olunur

219aebf2 dc2a 357c bcaa 649fb31ec1a8

Prezidentin İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsi ləğv olunduğunu elan edib. “Qərb Xəbər” bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Aruz Mirzəyev küçəsi ünvanına bildirə bilərlər.

Azərbaycanda bu dövlət qurumları birləşdirilir

7ccdfg

“Vətəndaşlar bir şəxsi kabinet vasitəsilə onlayn olaraq sistemdə bütün kommunal xidmətlər üzrə məlumatlarına nəzarət edəcək”. “Qərb Xəbər” məlumat verir ki, bu sözləri bir neçə gün öncə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı çərçivəsində “kommunal xidmətlərin vahid informasiya sistemi”nin yaradılması qərarını dəyərləndirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet … Read more

Qazax rayon Polis Şöbəsinin əməkdaşları turnirdə iştirak ediblər

76a7b2dd 9030 4f37 87fa 8acba471fdc9

Qalib polislər mükafatlandırılıb.
23-24 iyul tarixlərində Göygöl rayon Olimpiya idman kompleksində “DİN-in silahsız özünü müdafiə üzrə bölgə yarışları” turniri keçilib. Beş çəki üzrə keçirilən turnirdə zona üzrə 18 Rayon Polis Şöbəsinin 72 əməkdaşı öz gücünü sınayıb.
“Qərb Xəbər” məlumat verir ki, keçirilən yarışlarda Qazax rayon Polis Şöbəsinin əməkdaşları da iştirak ediblər. Əməkdaşlardan üçü öz çəki dərəcəsində fəxri kürsünün sahibi olub. Onlar 85 kq çəkidə çıxış edən RPŞ-nin Post-Patrul Bölüyünün taqım komandiri Kənan Qənbərov birinci yer, 95 kq çəki dərəcəsində PPXB-nün polis nəfəri, polis serjantı Babək Bənnayev ikinci yer və 90 kq artıq çəki dərəcəsi üzrə RPŞ-nin Kadrlar qrupunun kiçik inspektoru Natiq Novuroz isə üçüncü yerin sahibi olub.
Qazax rayon Polis Şöbəsində yarışda yer tutan polis əməkdaşları ilə görüş keçirilib. Tədbirdə çıxış edən rayonun polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov cümhiriyyətin yaranmasının Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğuna diqqət çəkib. 28 mayın ilk azadlığın, müstəqilliyin qazanıldığı, səsimizin dünyaya çatdırıldığı, hər bir azərbaycanlının milli qürur hissi duyduğu bir tarix olduğunu bildirib. Belə əlamətdar tarix münasibətilə təşkil edilən yarışın əhəmiyyətini vurğulayıb. Yarışda yer tutan polis əməkdaşları şöbə rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Göygöldə məişət tullantılarını kənara atanlar cərimələnib

IMG

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xüsusilə turizm zonalarının ərazilərində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

“Qərb Xəbər”ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən sonuncu belə monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 4 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub. Ərazi təmizəndikdən sonra obyektlərin
icarədarları ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tovuzda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

2022 07 25

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
“Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 4 nəfər rayon sakinləri saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayonun Qaraxanlı və Xatınlı kəndlərində 10-a yaxın vətəndaşın evindən qızıl-zinət və nağd pul oğurladıqları məlum olub. Vətəndaşlara 20.000 manatdan çox maddi ziyan vuran şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər. İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə oğurladıqları əşyaları satmaqda köməklik edən şəxs də saxlanılıb.

Faktlarla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Azərbaycan-Gürcüstan sərhədində tezliklərin tənzimlənməsi üzrə tədbirlər görüləcək

62dfcdd7cbe6062dfcdd7cbe61165883439162dfcdd7cbe5e62dfcdd7cbe5f

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunan razılaşmaya əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının tənzimlənməsi, radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınması üçün hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə radiomonitorinqlər keçirilib. “Qərb Xəbər” “APA”ya istinadən bildirir ki, radiomonitorinqlərin nəticələrinə əsasən, sərhədyanı ərazilərdə televiziya və radio … Read more

Xəstəxanalarda nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib

277a64f4 30a3 3c06 8b3e 4b6da8d16a94

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) tabeli tibb və elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə geniştərkibli görüş keçirilib. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun rəhbərliyilə keçirilən görüşdə tibb müəssisələrində, eləcə də elmi-tədqiqat institutlarında tibbi xidmətlərin təşkili, maddi-texniki təminat, həyata keçirilən islahatlar, icbari tibbi sığortanın tətbiqi vəziyyəti, xəstəxana göndərişləri və s. məsələlər ətrafında müzakirələr aparılıb. … Read more

“Təbrizin sehirli nağılları” ilə verilən mesaj nədir?

1417798046751825520 1200x630

Xəbər verdiyimiz kimi, ötən həftə İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz tviter hesabında “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olub. İran səfiri və səfirliyi öz rəsmi tviter hesablarında İsrail səfirinə təhdid xarakterli cavab verib. Sözügedən paylaşım dünəndən etibarən yenidən gündəmə gəlib. Belə ki, Corc Dik öz sosial şəbəkə … Read more

Külək əsəcək, yağış yağacaq

Hava

Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib. Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

MN: “Erməni silahlı birləşmələri 9 dəfə təxribat xarakterli silahlı insident törədib”

58180cf1 d574 3d8b a95a fbd1504af75f

Ötən sutka ərzində erməni silahlı birləşmələri ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədib. Bu barədə “Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən məlumat verir. “Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 7 insident isə Rusiya sülhməramlılarının … Read more

Şəmkirdə birmərtəbəli evdə yanğın baş verib

Yangin 2dfj473636

Şəmkir şəhərində ümumi sahəsi 120 kvadrat metr olan kürsülü birmərtəbəli dörd otaqlı evin bir otağında yataq dəsti və bir m² sahədə döşəmə yanıb, otağın pənçərə çərçivəsi və tavanı iki kvadrat metr sahədə qarsalanıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından … Read more

Prezident Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü qiymətləndirib

083941a1 3df5 3b27 8c78 097275143035 850 (1)

Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini … Read more

Şəmkirdə sürücünü qətlə yetirən şəxsin məhkəməsi başlayır

D2c5447b 367e 3c81 9bf7 e14ddea05441

Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Rasim Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Qərb Xəbər” “Report”a istinadən bildirir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil. Qeyd edək ki, hadisə bu il aprelin 7-də Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Qədimqala kənd ərazisindən … Read more

Gömrükdə bütün rəsmiləşdirilmə prosesi elektronlaşdırılacaq

B1ae1649 6779 395d 9339 c33810bfe5ce

Gömrük sahəsinin müxtəlif istiqamətlərinə cavabdeh olan baş idarə rəisləri, müstəqil idarə, şöbələrin rəhbərlərinin və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun iştiraki ilə iyulun 25-də Dövlət Gömrük Komitəsində (DGK) işçi görüş keçirilib. Görüşdə gömrük xidməti general-leytenantı Şahin Bağırov tərəfindən Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə uygun olaraq müasir tələblərə cavab … Read more

Prezidentdən sərt xəbərdarlıq: “Əl çəkin bundan!

59e9a5ad 7e8a 3d31 9373 38eb56b483ee 850 (2)

“Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir”. Bu sözləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib. “Kənd … Read more