Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.
Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.