Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Rusiya Estoniyanın ittihamlarını əsassız adlandırıb

22 sentyabr / 15:13 2 dəq
Kreml
22 sentyabr / 15:13
Burada sizin reklamınız ola bilər

Kreml Tallinin Rusiyanın Estoniyanın hava məkanını pozması ilə bağlı iddialarını boş və əsassız hesab edir.

Qerbxeber.com APA-ya istinadən məlumat verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov bildirib.

Kremlin sözçüsü deyib ki, Rusiya ordusu ciddi şəkildə beynəlxalq qaydalar, o cümlədən uçuşlarla bağlı qaydalar çərçivəsində fəaliyyət göstərir.

Peskov Ukrayna silahlı qüvvələrinin Krıma hücumu ilə bağlı sualları isə Müdafiə Nazirliyinə yönləndirib.

Qeyd edək ki, rəsmi Tallin Rusiyanın hərbi təyyarələrinin Estoniyanın hava məkanını pozduğunu açıqlayıb. Estoniya mediası Rusiyanın üç “MiQ-31” döyüş təyyarəsinin Vaindloo adası yaxınlığında Estoniya hava məkanına icazəsiz daxil olaraq orada təxminən 12 dəqiqə qaldığına dair xəbər yayıb. Məlumata görə, təyyarələrin uçuş planı olmayıb və transponderləri söndürülüb. Pozuntu zamanı Estoniyanın hava nəzarəti ilə ikitərəfli radio əlaqəsi də olmayıb.

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini hava məkanının pozulması ilə bağlı etiraz bildirmək və diplomatik nota təqdim etmək üçün çağırıb.

“Politico”nun məlumatına görə, Rusiya “MiQ”-ləri Estoniyanın paytaxtı Tallinə qədər gəlib çatıb. NATO Rusiya təyyarələrini geri qaytarmaq üçün İtaliyaya məxsus F-35-ləri havaya qaldırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı