Bölgə xəbərləri

Lukaşenko: “S-400” və “İskəndər” döyüş növbəsinə gətirilib”

20 dekabr / 11:01 1 dəq
9hbmaocfijlgwzs719kbfe1xhrcnae1w
20 dekabr / 11:01
Burada sizin reklamınız ola bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “S-400” və “İskəndər” raket sistemlərinin artıq ölkədə döyüş növbəsinə gətirildiyini bildirib.

“Qərb Xəbər” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün biz sizin Belarusa təhvil verdiyiniz “S-400” sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskander” kompleksini döyüş növbəsinə qoyuruq”, – Belarus lideri söyləyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskdə birgünlük işgüzar səfərdədir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı