Elm və Texnologiya

“Gmail” köhnə hesabları silib

2 dekabr / 11:35 1 dəq
656adb17de1bd656adb17de1be1701501719656adb17de1bb656adb17de1bc
2 dekabr / 11:35
Burada sizin reklamınız ola bilər

Ötən gün “Google” şirkəti “Gmail” elektron poçtunda mövcud olan, lakin iki ildir ki, bir dəfə də olsa istifadə edilməyən hesabları silib.

“Qərb Xəbər” xarici mediaya istinadən xəbərinə görə, bununla da 2 ildən artıq müddətdə istifadə olunmayan hesablar silinib.

Qeyd edək ki, “Google” bu hesabların silinməməsi üçün istifadəçiləri məlumatlandırmışdı. Şirkətin son bəyanatında da qeyd olunmuşdu ki, iki ildən artıqdır ki istifadə olunmayan hesabların silinməməsi üçün istifadəçilərin sadəcə olaraq bir dəfə “Gmail” üzərindən elektron poçtlarına daxil olması kifayətdir.

Xatırladaq ki, cari ilin may ayında “Google” iki ildir ki, istifadə olunmayan elektron poçt hesablarının silinəcəyini elan etmişdi. Şirkət yeni siyasətə əsasən, belə bir addım atacağını bildirmişdi. “Google” bununla rəsmi şəkildə hesabda olan bütün məlumatların, eyni zamanda “Google Drive”a yüklənən fotoların da silinəcəyini bəyan etmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər