Səməd Seyidov: “Fransa bilməlidir ki, bu gün qarşılarında fərqli Azərbaycan var”
“Hər zaman Fransanın Azərbaycana qarşı ikili standartlarla, subyektiv yanaşmalarla ağlasığmaz iddialarla çıxış etdiyini müşahidə edirik. Onlar bilməlidirlər ki, bu gün artıq qarşılarında fərqli Azərbaycan var”.
Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.





