“Azərbaycan 2020-ci il zəfəri ilə dırnaqarası Ermənistan Respublikasının işğal siyasətinə son qoymuşdur. Bundan sonrakı mərhələdə önəmli bir istiqamətdə fəaliyyətlər başladıldı ki, bu da Azərbaycan dövlət sərhədlərinin delmitasiyası ilə əlaqədardır”.
Bu sözləri “M5 Müdafiə və Strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi, hərbi Analitik Alp Arslan İmamqulu “Qərb Xəbər“ə səsləndirib.
“Burada da bir çox mübahisələr, müzakirələr var. Amma, Ali Baş Komandanımızın bir çox mesajları var ki, bunlar da delmitasiya olunacağı təqdirdə Azərbaycanın 19 və 20-ci yüz ildə xəritələrin ortaya qoyulması əsasında qeyd etməsidir. Bu da o deməkdir ki, mövcud vəziyyətdə hələ də sərhədlərimiz tam olaraq müəyyən olunmayıb və ən son ard-arda törədilən təxribatlara buna cavab olaraq Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatları əslində Azərbaycanın tarixi torpaqlarında həyata keçirilməsidir. Prezident İlham Əliyevin bu istiqamətdə bir çox mesajları vardır ki, ən önəmlilərindən biri də Laçın şəhərində səsləndirdiyi fikirdir”.
Hərbi Analitik əlavə edib ki, bundan sonrakı dövr üçün sərhədlərimizin delmitasiya olunması prosesinə dəstək olaraq Azərbaycan silahlı qüvvələri təhlükəsizliyimizin təminatı adına ciddi addım atılmalıdır.
“İstənilən halda hüquqi müstəvidə Azərbaycanın üstünlüyü olsa da, mövcudluğumuzun hansı ərazilərdə olması çox da önəm daşımaqdadır. Deyilən odur ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisidir. Bu da o deməkdir ki, sərhədlərimiz ölkə rəhbərinin də qeyd etdiyi kimi 20-ci yüz ildəki xəritələrimizə görə delmitasiya ediləcəkdir. Bu da 1918-1920-ci illər arasında mövcud olan sərhədlərimizin bərpa olunması ilə mümkündür”.
“Bundan sonra da artıq bölgədə sülh prosesi başladıla bilər və düşünürəm ki, dırnaqarası Ermənistan Respublikasının cənubda və şimalda bir şəkildə məhdudlaşdırılması istəyərək və ya istəməyərək Azərbaycandan asılı olduğunun fərqinə region dövlətləri sülhə yanaşa bilər” – deyə Alp Arslan İmamqulu vurğulayıb.