Bölgə xəbərləri

Moskvada əlverişsiz hava şəraitinə görə 29 reys gecikib və ya ləğv edilib

27 dekabr / 14:26 1 dəq
4e33b0a3 14f1 34d3 9591 765291ef809a
27 dekabr / 14:26
Burada sizin reklamınız ola bilər

Əlverişsiz hava şəraiti Moskvanın 3 hava limanında 14 reysin gecikməsinə, 15 reysin isə ləğv edilməsinə səbəb olub.

“Qərb Xəbər” Rusiya mətbuatına istinadən xəbər verir ki, “Domodedovo” hava limanında 10 reys gecikib, 5-i ləğv olunub, “Vnukovo”da 1 reys gecikib, 6-sı ləğv olunub, Şeremetyevoda bu göstərici müvafiq olaraq, 3 və 4-ə bərabərdir.

Hidrometeorologiya Mərkəzinin proqnozuna görə, bu gün Moskvada hava buludlu keçəcək, qar yağacaq, yollar buz bağlayacaq, ayrı-ayrı yerlərdə çovğun olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər