Bayden: “Putin artıq Ukraynanı itirib, daha heç nə edə bilməz”
Ukraynada xüsusi əməliyyata başlayan Rusiya prezidenti Vladimir Putin “NATO-nun dağılmasına”, o cümlədən Rusiya hərbçilərini alqışlayacaq bütün rusdilli ukraynalıların dəstəyinə ümid edirdi, lakin “bunların heç biri baş vermədi”.
“Qərb Xəbər” bildirir ki, bu sözləri Prezident Co Bayden PBS NewsHour-a müsahibəsində deyib.
Baydenin sözlərinə görə, “Putin heç vaxt bunun öhdəsindən gələ bilməyəcək”. ABŞ prezidenti həmçinin deyib ki, Putin “artıq Ukraynanı itirib”.
ABŞ-ın Ukraynanı dəstəkləmək üçün artıq təxminən 100 milyard dollar xərclədiyini nəzərə alsaq, Baydenin Kiyevi “nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyik” vədinin açıq öhdəlik olub-olmaması ilə bağlı suala cavab olaraq, Bayden təsdiqləyib ki, “bu, möhkəm öhdəlikdir”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Rusiya Federasiyasının Ukraynada qələbəsini “qaçılmaz” hesab etdiyini bəyan edib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı