Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Türkiyə HƏMAS-ın Trampın sülhə cavabını alqışlayıb

4 oktyabr / 19:14 2 dəq
Ərdoğan tramp
4 oktyabr / 19:14
Burada sizin reklamınız ola bilər

Türkiyə HƏMAS-ın ABŞ Prezidenti Donald Trampın sülh planına verdiyi cavabı alqışlayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Sultanbəyli Kütləvi Açılış və Təməlqoyma mərasimində danışıb.

O qeyd edib ki, Qəzzada iki ildir davam edən savaşa son qoyulması üçün səylə çalışılır:

“Biz bütün imkanlarımızı səfərbər etmişik. Dünən Donald Trampla danışığımızın əsas mövzusu Qəzza idi. HƏMAS-ın Trampın sülh planına verdiyi cavabı alqışlayırıq. Hər iki tərəf məsuliyyətli şəkildə vəzifələrini yerinə yetirsə, bu savaş bitə bilər. Türkiyə öhdəsinə düşəni etməyə hazırdır”.

Ərdoğan məlumat verib ki, “Qlobal Sumud Donanması”nın ümid səyahətçiləri də Türkiyəyə gətirilir:

“Təkcə Türkiyədən gedənlər deyil, Malayziya və müxtəlif ölkələrdən də bəzi “Sumud Donanması” sərnişinləri gələn karvanın içərisində öz yerlərini alacaqlar. Düşünürəm ki, bir saatdan sonra İstanbula enmiş olacaqlar”.

Qeyd edək ki, Fələstinin HƏMAS radikal hərəkatı bütün israilli girovları azad etməyə və ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı sülh planının detallarını müzakirə etməyə hazır olduğunu rəsmən bəyan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı