Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

BMT TŞ Qəzzada atəşkəs haqqında yeni qətnamə layihəsini səsə qoymağa hazırlaşır

25 mart / 12:49 2 dəq
Indir 2024 03 25T124928.900
25 mart / 12:49
Burada sizin reklamınız ola bilər

BMT Təhlükəsizlik Şurası Qəzzada “dərhal” atəşkəs haqqında yeni qətnamə layihəsini səsə qoymağa hazırlaşır.

Qerbxeber.com AFP-yə istinadən xəbər verir ki, yeni qətnamənin mətnində müsəlmanların davam edən müqəddəs Ramazan ayı üçün “dərhal atəşkəs tələb edilir” və bunun “daimi davamlı atəşkəsə gətirib çıxaracağı” qeyd olunur.

Qətnamə layihəsi, həmçinin “bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, habelə miqyaslı humanitar yardımın göstərilməsi qarşısındakı bütün maneələrin aradan qaldırılmasını” tələb edir.

Anonimlik şərti ilə AFP-yə danışan diplomatların sözlərinə görə, mətn vetodan yayınmaq üçün ABŞ ilə birlikdə işləyən Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri tərəfindən irəli sürülür.

“Son dəqiqədə qətnamənin qəbul ediləcəyini və Birləşmiş Ştatların onun əleyhinə səs verməyəcəyini gözləyirik”, – diplomatlardan biri AFP-yə deyib.

Xatırladaq ki, ötən cümə günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzv olan Rusiya və Çinin ABŞ-ın təklif etdiyi qətnamə layihəsinə veto qoyub.

Qətnamədə mülki əhalini qoruyacaq və Qəzzaya humanitar yardımın çatdırılmasına imkan verəcək təxminən altı həftə davam edəcək “dərhal və davamlı atəşkəs” tələb olunurdu və HAMAS-ın oktyabrın 7-də dağıdıcı hücumu pislənirdi.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı