Dünya

Fransa və Britaniya Ukraynaya hərbi heyət göndərəcək

28 mart / 08:48 1 dəq
67e56e82c332667e56e82c3327174308928267e56e82c332467e56e82c3325
28 mart / 08:48
Burada sizin reklamınız ola bilər

Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək.

Qerbxeber.com verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron liderlərin Ukraynaya dəstək üçün Parisdə keçirilən görüşündən sonra bildirib.

Makron qeyd edib ki, bu gün xarici işlər nazirlərinə atəşkəs rejiminə necə nəzarət etmək barədə təkliflər hazırlamaq tapşırığı verilməsi qərara alınıb. Nazirlərin təkliflərlə çıxış etmək üçün üç həftə vaxtı olacaq.

Eyni zamanda, Makron qeyd edib ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə işləmək üçün Ukraynaya hərbi heyət göndərəcək

Paylaş
Burada sizin reklamınız ola bilər