Dünya

ABŞ-ın İllinoys ştatında mayın 28-i Azərbaycanın Respublika Günü elan olunub – BƏYANNAMƏ

17 may / 08:44 2 dəq
163c05e3 ae7b 30b3 9eb2 074d48bee474
17 may / 08:44
Burada sizin reklamınız ola bilər

ABŞ-ın İllinoys ştatının qubernatoru Jay Robert (J.B.) Pritzker 2023-cü ilin mayın 28-ni ştatda Azərbaycanın Respublika Günü elan olunması haqqında bəyannamə imzalayıb.

“Qərb Xəbər” xəbər verir ki, Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) üzvlərinə ünvanlanan bəyannamədə 15 aprel 2015-ci ildən fəaliyyət göstərən təşkilatın uğurlu fəaliyyətlərindən bəhs olunur.

Bəyannamədə Çikaqonun Azərbaycan icması üzvlərinin müxtəlif sahələrdə şəhərin mədəni və iqtisadi inkişafına, regional müxtəlifliyə, mədəniyyətlərarası dostluğa, eləcə də, sülhə və firavanlığa töhfə verdiyi bildirilir.

Sənəddə qeyd olunur ki, universal seçki hüququ verən ilk dövlətlərdən olan Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır. Dünyanın hər yerində yaşayan bütün azərbaycanlılar mayın 28-ni Azərbaycanın Respublika Günü kimi qeyd edirlər. Qubernator ştat sakinlərini bu günü azərbaycanlılarla birgə qeyd etməyə qoşulmağa səsləyib.

1a707265-cebe-37b5-9d65-ffceac186b00
Paylaş
Burada sizin reklamınız ola bilər