Dünya

Kanada SEPAH-ı terror qruplaşması elan edib

20 iyun / 10:59 1 dəq
66732437c9ca566732437c9ca6171882194366732437c9ca366732437c9ca4
20 iyun / 10:59
Burada sizin reklamınız ola bilər

Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat kimi tanıyıb.

Qerbxeber.com xəbər verir ki, Kanadanın ictimai təhlükəsizlik naziri Dominik LeBlan, ədliyyə naziri Arif Virani və xarici işlər naziri Melani Colinin də qatıldığı mətbuat konfransında Kanadanın İran SEPAH-ı terror təşkilatı kimi tanıdığını rəsmən elan edib.

“Hökumətimiz Cinayət Məcəlləsinə əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına salınması barədə qərar qəbul edib”, – deyə Dominik LeBlan mətbuat konfransında bildirib.

Bu təşkilatın Kanadada vəsait toplamaq və ya əmlaka sahib olmaq qabiliyyətinə təsir edəcək eyni zamanda təşkilatda xidmət etmiş şəxslərin ölkəyə girişini məhdudlaşdıracaq.

Paylaş
Burada sizin reklamınız ola bilər