Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində 1 nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gedərək müvafiq araşdırmalar aparıblar.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 2004-cü il təvəllüdlü Samir Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.