Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.
Bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qohumu Fərid Hüseynov saxlanılıb.
Qeyd edək ki, hər iki şəxs yaxın qohumdur.