Bu gündən Azərbaycanda sabit şəbəkə telefonlarından istifadə tarifləri dəyişib
Bu gündən Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.
“Qərb Xəbər”xəbər verir ki, müvafiq qərar Tarif Şurasının oktyabrın 26-da keçirilmiş növbəti iclasında qəbul edilib.





