İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

5 avqust / 09:36 1 dəq
695a6e8c 3ee2 4fa0 b2f3 d570d7645a9c
5 avqust / 09:36
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. 

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Cəmiyyətin Sərnişin daşımaları departamentinin əməkdaşları sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust tarixlərində əlavə qatar təyin edilib.

Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər