Gəncə şəhərində avtomobillər toqquşub, iki nəfər xəsarət alıb.
“Qərb Xəbər”in məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.
“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü X. Abdullayev və 1989-cu il təvəllüdlü N. Məmmədova xəsarət alıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.