Ukrayna artilleriya əsgərləri çərşənbə axşamı (7 noyabr) Zaporijjya vilayətində cəbhə xəttində əldəqayırma “Qrad” buraxılış sistemlərindən atəş açıblar.
Bu barədə “Qərb xəbər” “Amerikanın səsi radiosuna” istinadən xəbər verir.
Ordu bölməsi pikap yük maşınlarını sovet dövründən qalma “Qrad” sistemlərindən olan raket buraxılış boruları ilə təchiz edib və bildirib ki, əldəqayırma sistemdə adi buraxılış qurğularından daha çox hərəkətlilik və çeviklik var.
Ukrayna iyun ayında əks-hücum başlayandan bəri cənub-şərqi Zaporijjya bölgəsindəki bir neçə kiçik kəndi geri alıb, lakin irəliləyiş kiçik olub və ölkənin şərq və cənubundakı geniş cəbhə xətti ötən il ərzində az dəyişib.