Dünya

Danimarka Rus PUA-larına qarşı tədbir görməyə başladı

11 oktyabr / 19:55 1 dəq
Military drones
11 oktyabr / 19:55
Burada sizin reklamınız ola bilər

Danimarka Müdafiə Nazirliyi prezidentin tövsiyəsindən sonra PUA-ların aşkarlanması və zərərsizləşdirilməsi sistemlərinin hazırlanmasına 2,1 milyard kron (təxminən 330 milyon dollar) ayırıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2025-ci ildən 2033-cü ilə qədər yeni əks-dron təşəbbüsləri üçün ümumilikdə 3,8 milyard kron (təxminən 590 milyon dollar) ayrılacaq. Danimarka müasir əks-dron imkanları əldə etməyi və süni intellektə əsaslanan qərarların qəbuluna dəstək sistemlərinin tətbiqini planlaşdırır.

“Son həftələrdə PUA ilə bağlı baş verən insidentlər Danimarka Silahlı Qüvvələrinin bu sistemlərə qarşı imkanlarını gücləndirmək ehtiyacını artırıb. Ona görə də, hökumət bu sahəyə sərmayə qoymaq qərarına gəlib”, – Danimarkanın müdafiə naziri Troels Lund Poulsen vurğulayıb.

Xatırladaq ki, sentyabrın sonunda Danimarkanın hava məkanında bir neçə naməlum pilotsuz təyyarə aşkar edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər