Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Yazarlar

Bölgələr niyə inkişaf etməlidir?

11 aprel / 13:40 3 dəq
11 aprel / 13:40
Burada sizin reklamınız ola bilər

Şəhərlə kənd, paytaxtla əyalətlər arasındakı şərtlər və həyat tərzinin fərqinin minimuma endirilməsi inkişaf etməyi hədəf alan hökumətlər üçün prioritet olmalıdır. Paytaxtlar öz görkəmləri, müasir infrastrukturları, sənaye müəssisələri, ticarət strukturları və dövriyyələri, bir sözlə, müasir şəhər tipinin bütün parametrləri ilə nə qədər nəhəng görünsə də, bölgələrin dəstək potensialı olmadan çox irəli gedə bilməzlər.

Gəlin, bu prossesin Azərbaycandakı vəziyyəti ilə tanış olaq.

Rəsmi statistikaya görə, son on ildə ölkəmizdə “Bölgələrin inkişafı proqramı” çərçivəsində 70 (yetmiş) milyard dollara yaxın vəsait xərclənmişdir. Bu rəqəmin dildə deyilməsi asan olsa da, əslində çox böyük məbləğdir, hətta fantastik məbləğdir. Bu qədər vəsaitin düzgün və səmərəli istifadəsi bölgələrimizi dünyanın ən inkişaf etmiş rayonları səviyyəsindən də irəli çıxarmalı idi. Təəssüflər olsun ki, bölgələrin problemləri nəinki həll edilməmiş, hətta daha da dərinləşmişdir.

Bu ilk növbədə bölgələrin problemlərinin öyrənilməməsi, rayonların inkişafını müəyyənləşdirən təsərrüfat vahidlərinin düzgün müəyyən edilməməsindən irəli gəlir. Belə ki, bürokratik sistem ayrılmış vəsaiti tələbata və perespektiv səmərəliliyinə görə deyil, öz zövq və istəklərinə görə israf edir. Bura mənimsəmələri və bir çox hallarda Hesablama Palatasının üzə çıxardığı korrupsiya hallarını da əlavə etsək, mənzərə tam aydınlaşar.

Hər bir vətəndaş yaşadığı ərazidə gözəl, müasir idman komplekslərinin, sağlamlıq mərkəzlərinin, göz oxşayan park və xiyabanların olmasını məmnunluqla qarşılayır. Lakin bütün bunlar vətəndaşın ehtiyacını və tələbatını ödəmək üçün kifayət etmir. Bölgələrin, ümumilikdə isə bütün ölkənin inkişafı ilk növbədə vətəndaşların rifah halının yüksəlməsi, sosial-iqtisadi inkişafın birbaşa yaşayış tərzinə təsiri ilə ifadə edilmirsə, inkişafdan danışmaq yersizdir.

Zənnimcə, bu məsələdə əhalinin rəyinin öyrənilməsi, mütəxəssislərin rəylərinin nəzərə alınması zəruridir. Bir sözlə, prosses göstəriş üçün olmamalı, gerçək şərtlərə uyğun, inkişafa təkan verməyə hesablanmalıdır.

Sonda xüsusi qeyd etmək istəyirəm ki, ölkəmizin, bölgələrimizin insanının zəhmətsevərliyi, qurub-yaratma həvəsi inkişafın əsasını təşkil edir. Cənablar, bu insanlara yardımı bir yana qoyun, siz onlara əngəl yaratmayın, onlar yaşadıqları ərazini gülüstana çevirəcəklər və sizlərin də yaxşı yaşamasını təmin edəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı