SEPAH-ın briqada komandiri general Məhəmməd Əli Fətəlizadə öldürüldü
SEPAH-ın “Fatehin” xüsusi bölməsinin komandanı, briqada generalı Məhəmməd Əli Fətəlizadə hava zərbəsi nəticəsində öldürülüb.
Bu barədə məlumatı “Defa Press” yayıb.
Məlumata görə, o, aprelin 1-də İrana qarşı davam edən ABŞ–İsrail zərbələri zamanı öldürülüb.
Qeyd edək ki, “Fatehin” bölməsinin üzvləri yüksək səviyyəli hərbi hazırlıq keçib və əvvəllər Suriyada müharibədə iştirak ediblər.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı