Rusiya və NATO-dan qarşılıqlı addımlar
Rusiyanın Avropada Adi Silahlı Qüvvələrə dair müqavilədən çıxması prosesi başa çatıb.
Rusiya XİN bildirir ki, bu müqavilənin fəaliyyəti artıq 2007-ci ildən dayandırılmışdı və “bu sənəd bizim üçün artıq tarixə çevrilir”.
Rusiya XİN-in bəyanatında bildirilir ki, hazırkı mərhələdə “NATO-ya üzv ölkələr və onların partnyorları ilə” silahlara nəzarətə dair heç bir razılaşma mümkün deyil.
Noyabrın 8-da NATO bəyan edib ki, Moskvanın qərarı ilə bağlı Avropada Adi Silahlı Qüvvələrə dair Müqaviləsindəki iştirakını dayandırır.
NATO bəyanatında vurğulanır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünün özü artıq bu müqavilənin şərtlərinə zidd idi.
Bəyanatda deyilir ki, bu, Moskvanın silahlara nəzarət sahəsində atdığı növbəti məsuliyyətsiz addımlardan biridir:
“CFE müqaviləsini Avroatlantika təhlükəsizlik arxitekturasının məhək daşı hesab etsək də, Rusiyanın bu müqavilədən çıxdığı halda Birləşmiş Müttəfiqlərin bu razılaşmada qalmasını mənasız hesab edirik”.