Kateqoriyasız

“Qarabağın məşhur müəllimləri” – Qara bəy Əliverdilər

15 dekabr / 12:11 1 dəq
A9792bcb be64 3bd3 b916 6e60b212e111
15 dekabr / 12:11
Burada sizin reklamınız ola bilər

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması ictimai-siyasi xadim Qara bəy Əliverdilərdir.

“Qərb Xəbər”in məlumatına görə, Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olub.

Şuşa realnı məktəbini bitirib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin üzvü olub. O, uzaqgörən dövlət xadimi və siyasətçi kimi savadlı gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün səhiyyə və maarifi ümumxalq hərəkatına çevirmək xətti yeridib. Onun təşəbbüsü ilə Qarabağda məktəb və səhiyyə ocaqları tikilib.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Paylaş
Burada sizin reklamınız ola bilər