Qazax

Qazaxda 3 nəfər dəm qazından zəhərlənib

12 aprel / 23:09 1 dəq
Təbii qaz
12 aprel / 23:09
Burada sizin reklamınız ola bilər

Qazaxda ikisi yeniyetmə olmaqla 3 nəfər dəm qazından zəhərlənib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakinləri – 2007-ci il təvəllüdlü S.Bayramova, 2012-ci il təvəllüdlü M.Əhmədli və 2014-cü il təvəllüdlü F.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların evin vanna otağında dəm qazından zəhərləndiyi bildirilir.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu qeyd olunur, faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər