Maraqlı

Gürcüstana gedənlər səyahət sığortasına nə qədər ödəyəcək?

Bu gün / 10:39 2 dəq
Qatar tiflis
Bu gün / 10:39
Burada sizin reklamınız ola bilər

Gürcüstana səfər etmək istəyən şəxslər artıq məcburi səfər sığortası əldə etməlidirlər.

Qerbxeber.com xəbər verir ki, yeni qaydalara əsasən, sığortası olmayan şəxslər cərimələnə və ölkəyə girişlərinə məhdudiyyət qoyula bilər.
Gürcüstanla dəmiryolu nəqliyyatının bərpa edilməsi bu məsələni yenidən gündəmə gətirib.
Vətəndaş Gürcüstana 1 həftəlik səyahət etmək istəyirsə, səyahət sığortasının qiyməti təxminən 12 manat olacaq. Müddət artdıqca sığorta haqqı da adekvat olaraq yüksəlir. Qatar reyslərinin bərpasından sonra sığortaya tələbat artıb.
O da bildirilir ki, təminat altına alınan risklər sırasına yük baqajlarının itirilməsi halı da daxildir. Bununla yanaşı sığortalı vətəndaş tibbi xidmətlərdən öz şəxsi büdcəsi hesabına istifadə edir və daha sonra vətənə qayıtdığı zaman həmin qəbzləri sığorta şirkətinə təqdim etməklə xərclədiyi vəsaiti geri ala bilər.
Paylaş
Burada sizin reklamınız ola bilər