Bakı-Tbilisi qatar reysinə bilet satışı başladı
Bakı-Tbilisi-Bakı qatar reysi üzrə bilet satışı başlayıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından ala bilərsiniz.
Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkətə başlayacaq.





