Kateqoriyasız

Sabahın havası

11 may / 12:07 1 dəq
F549cdca 06e6 483c a8b3 48c51a51a594
11 may / 12:07
Burada sizin reklamınız ola bilər

Sabaha Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, mayın 12-də rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s gözlənilir. Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı