Sosial

Mart ayında ümumilikdə 16 gün iş olmayacaq

5 fevral / 14:22 1 dəq
Təqvim
5 fevral / 14:22
Burada sizin reklamınız ola bilər

Gələn ay Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı məlum olub.

“Qərb Xəbər məlumat verir ki, Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq.

Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.

Qeyd edək ki, bundan əlavə, 8 mart Beynəlxalq Qadınlar Günüdür və həmin gün qeyri-iş günüdür.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında ümumilikdə 16 gün iş olmayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı