Xəbər

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizə yeni dəyər qatacaq-Mariam Kvrivişvili

Bu gün / 10:17 1 dəq
Mariam Kvr
Bu gün / 10:17
Burada sizin reklamınız ola bilər

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti daha bir vacib nəqliyyat qovşağı olaraq Orta Dəhlizin dəyərini yüksəldəcək”.

Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili “İmedi” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan tərəfi layihənin mümkün qədər tez həyata keçirilməsində maraqlı olub.

“Məmnunam ki, birgə səylərimiz nəticəsində Baş nazir İrakli Kobaxidzenin Azərbaycana səfəri çərçivəsində layihənin tam istismara verilməsinə dair protokol imzalanıb. Bu o deməkdir ki, artıq bir neçə gündən sonra layihənin rəsmi açılışı olacaq. Bu, təkcə ölkəmiz və Azərbaycan üçün deyil, həm də Türkiyə üçün çox vacib bir layihədir”, – Kvrivişvili əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər