2026-ci ildə ŞƏT-a Qırğızıstan sədrlik edəcək
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Qırğızıstana keçib.
Qerbxeber.com xəbər verir ki, bu barədə təşkilatın Tiencin (Çin) sammitinin yekun bəyannaməsinin mətnində deyilir.
Sənəddə qeyd olunur ki, Qırğızıstan sədrliyi “ŞƏT-in 25 ili: Davamlı sülh, inkişaf və firavanlığa doğru birlikdə” şüarı altında baş tutacaq.
“ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı ildə Qırğız Respublikasında keçiriləcək”, – sənəddə bildirilir.



