“Qarabağ” növbəti transferini reallaşdırır. Fransanın “Dijon” klubunun futbolçusu Yassin Benzya artıq Bakıdadır.
Sports.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu dəqiqələrdə tibbi baxışdan keçir.
Bir problem çıxmasa, Ağdam təmsilçisi əlcəzairli oyunçu ilə bu gün müqaviləni rəsmiləşdirəcək.