Son Xəbərlər
Dünya

Arxiyepiskop Mikael Acapaxyanın saxlanmağına etiraz edənlər həbs edildi

27 iyun / 22:16 1 dəq
Ermenistan hebs
27 iyun / 22:16
Burada sizin reklamınız ola bilər

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığındakı ərazidən iyirmidən çox vətəndaş polis bölməsinə aparılıb.

Bu barədə Ermənistanın yerli mediası xəbər verir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti saxlanılma faktını təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb.

Başlanmış cinayət işi çərçivəsində bir qrup şəxs saxlanılaraq polis bölmələrinə aparılıb”, – nazirlikdən bildirilib.

Daha əvvəl İstintaq Komitəsi təhlükəsizlik qüvvələrinin arxiyepiskop Mikael Acapaxyanı saxlamağa çalışdığı Eçmiədzin Ana taxtının yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni fəaliyyətinə mane olma faktı ilə bağlı cinayət işinin başlandığını bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər