Dünya

Tramp: Çin ABŞ-la saziş imzalayana qədər gömrük rüsumunu tətbiq edəcək

9 aprel / 09:40 1 dəq
Tramp
9 aprel / 09:40
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Trampın fikrincə, Çin sonda Birləşmiş Ştatlarla ticarət sazişi bağlamağa razı olacaq.

Qerbxeber.com xəbər verir ki, bu fikrini o, Vaşinqtonda Respublikaçılar Partiyasının Milli Komitəsi üçün keçirilən vəsait toplama tədbirində çıxışı zamanı bildirib.

Tramp vurğulayıb ki, Çin ABŞ-la razılaşma əldə edənə qədər Vaşinqton Çin məhsullarına 104%-lik rüsumu tətbiq etməkdə davam edəcək.

“Belə də olacaq. Düşünürəm ki, hansısa mərhələdə onlar sazişi imzalayacaq. Çin bu sazişi bağlayacaq. Onlar bu sazişi bağlamaq istəyir. Həqiqətən istəyirlər. Sadəcə, necə başlayacaqlarını bilmirlər, çünki qürurlu insanlardır”, – deyə Tramp qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər