Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Paşinyan Zəngəzurda dəhlizi satışa çıxardı, amma… – İrəvan çıxılmaz vəziyyətdə

22 noyabr / 12:17 2 dəq
Zengezur dehliz
22 noyabr / 12:17
Burada sizin reklamınız ola bilər

“Zəngəzur dəhlizi kimi Paşinyanın təklif etdiyi “Sülhün kəsişməsi” layihəsinin də artıq aktuallığı yoxdur”.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, Zəngəzurdan keçən dəhlizdə Türkiyə, Rusiya və İran iştirak etməli idi, lakin indi bu, heç kimə lazım deyil.

“İndi Paşinyan “Sülhün kəsişməsi” adı ilə dəhliz ideyasını satmağa çalışır, amma onu heç kim almaq niyyətində deyil. Türkiyə bundan sonra Zəngəzur dəhlizi ideyasında israr etməyəcək, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana çıxacaq. Moskva və Tehran yaxın vaxtlarda Xəzər dənizi boyunca uzanan və Azərbaycanla sərhədə çatan dəmir yolunun tikintisini başa çatdıracaq.

Bu, uzunluğu 160 kilometr olan yeni nəqliyyat dəhlizidir. Bütün bunlar o demək deyil ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizindən əl çəkir. Xeyr, sadəcə olaraq, bu ideyaya sonra qayıdacaqlar, indi yox. Türkiyə Zəngəzur dəhlizi ilə bağlı normal razılaşmanı təklif edirdi, amma əvvəl ermənilər, daha sonra İran Azərbaycanın “hücuma hazırlaşdığı” iddiasını irəli sürdü.

Azərbaycan hiss etdi ki, burada barıt qoxusu gəlir, buna görə məsələni arxa plana keçirərək, Naxçıvana İran ərazisindən çıxmağı irəli sürdü. Zəngəzur dəhilizi ilə İran ərazisindən keçən marşrut arasında fərq 5-6 kilometdir. Üstəlik, bura İranın nəzarətində olacaq və Tehranın narahatlığı aradan qalxacaq. Beləliklə, əgər fransızlar və amerikalılar ermənilərə kömək etmək istəyirlərsə, qoy etsinlər. Sadəcə olaraq, Ermənistan özünü yerləşdirdiyi yerdə, yumşaq desək, dərin çuxurdadır”, – Tarasov qeyd edib.

Axar.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı