Rusiya ilə Ukraynanın neytral status alması barədə danışıqlara hazırıq. Amma eyni zamanda, təhlükəsizlik təminatları da almalıyıq.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak bildirib.
“Ukrayna danışıqlar üçün həmişə imkanlar saxlayıb və saxlayacaq. O cümlədən Rusiyanın hərbi müdaxiləyə başladığı bu məqamda da. Müharibəni dayandırmaq lazımdır”, – Podolyaka deyib.