Ukraynanın Müdafiə nazirinin köməkçisi Anna Malyar rus əsgərlərinin Ukrayna ordusuna aid bəzi texnikaları ələ keçirdiyini və Kiyevə doğru hərəkət etdiyini açıqladı.
“Qərb Xəbər”in Türkiyə mediasına istinadən məlumatına görə, nazirlik rəsmisi bildirir ki, Kiyevdə hökumət binasının yaxınlığında silahlı atışmalar başlayıb. Ukraynalı dövlət rəsmisi rus əsgərlərinin Ukrayna hərbi formasını geyinərək Obolon məhəlləsindən Kiyevin mərkəzinə doğru hücumlar başlatdığını deyib.
Nazirliyin məlumatında paytaxt Kiyevə edilən bir çox raket hücumların Ukraynanın Hava Müdafiə Sistemləri tərəfindən qarşısının alındığı bildirilir.
Associated Press xəbər agentliyi isə Kiyevdə silahlı atışmaların olduğunu yazır.
Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba isə Rusiyanın Kiyevə qarşı qorxunc hücumlar başlatdığını dilə gətirib. Baş diplomatı bu hücumları Nasistlərin 1941-ci ildəki bənzər hücumları ilə müqayisə edib.