Dünya

İsrail-İran qarşıdurması fonunda Türkiyə hər cür ssenariyə hazırdır-ƏRDOĞAN

18 iyun / 21:22 2 dəq
ərdoğannnnnn
18 iyun / 21:22
Burada sizin reklamınız ola bilər

Ərdoğan İsrail-İran qarşıdurması fonunda Türkiyənin hər cür ssenariyə hazır olduğunu bildirib

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu hücumların Türkiyəyə mümkün təsirləri ilə bağlı bütün qurumlarımız ayıq-sayıq vəziyyətdədir. Hər cür ssenariyə hazırlaşmışıq. Bunu hamı bilməlidir: biz ərzaq dükanı işlətmirik. Dünyanın ən böyük ölkələrindən biri olan Türkiyə Respublikasını idarə edirik”, – Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə zorakılığın və zülmün tərəfində deyil, həqiqətin, ədalətin, dialoqun və diplomatiyanın tərəfindədir: “Bu anlayışla biz iyunun 13-dən bəri intensiv diplomatik səylər göstəririk. Cənab Tramp və cənab Pezeşkianla iki dəfə telefon danışığı aparmışıq. Bütün qardaş ölkələrin rəhbərləri ilə oxşar telefon danışıqlarımız olub. Biz bu məsələni cənab Putinlə də dəyərləndirmişik. Digər dostlarımız da həmkarları ilə daim əlaqə saxlayırlar. Silahları susdurmaq üçün lazım olan hər şeyi edirik”.

Paylaş
Burada sizin reklamınız ola bilər