Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Bu tarixdə Avropa liderləri toplanır -Gürcüstan vətəndaşlarının vizasız səfərinə son qoyula bilər

22 iyun / 12:26 3 dəq
Pavel hercinski sefir
22 iyun / 12:26
Burada sizin reklamınız ola bilər
İyunun 23-də Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Gürcüstanla bağlı müzakirə aparacaqlar.

Qerbxeber.com  Gürcüstan mətbuatına istinaddən xəbər verir ki, bununla bağlı Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçisnki məlumat verib.

Diplomat avropalı siyasi liderlərin qapalı qapılar arxasında müzakirə edəcəyi üç əsas məsələni sadalayıb:

– “Gürcü Arzusu” partiyası tərəfindən Aİ-yə qarşı yönəlmiş dezinformasiya və demonizasiya olacaq;

– İkinci məsələ, insan haqlarının pozulması səbəbilə Gürcüstan rəhbərliyinə qarşı mümkün sanksiyaların tətbiqi;.

– Üçüncü məsələ isə Gürcüstan vətəndaşları üçün qüvvədə olan vizasız rejimin yenidən nəzərdən keçirilməsi olacaq.

“Mən sizə təsdiq edə bilərəm ki, birigün – iyunun 23-də – Aİ-nin xarici işlər nazirləri toplanacaq. Bu, onların aylıq Xarici Əlaqələr Şurasının iclasıdır və onlar Gürcüstanda baş verən prosesləri bir daha müzakirə edəcəklər. Üzv dövlətlər istədikləri məsələləri müzakirə edə bilərlər. Dəqiq olaraq gündəmdə nə olacaq, bilmirəm, amma hazırlıq mərhələsində – aşağı səviyyədə, səfirlər səviyyəsində aparılan müzakirələrə əsaslanaraq sizə deyə bilərəm ki, üzv ölkələrin böyük ehtimalla bu üç məsələni müzakirə edəcəkləri gözlənilir:

Birinci məsələ – Gürcüstanda baş verən və xüsusilə narahatedici olan, ölkənin ali hakimiyyət orqanları tərəfindən həyata keçirilən Avropa İttifaqına qarşı yönəlmiş dezinformasiya və demonizasiyadır.

İkinci məsələ – insan haqlarının pozulmasına görə mümkün sanksiyaların tətbiqidir.

Üçüncü məsələ – Gürcü vətəndaşları üçün qüvvədə olan vizasız rejimlə bağlı məsələdir. Bu da Gürcüstanda insan haqlarının vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə əlaqədardır.

Amma bazar ertəsinə qədər gözləməliyik və xahiş edirəm, bu sualları Lüksemburqda bazar ertəsi günü Aİ-nin ali nümayəndəsinə, vitse-prezidentə ünvanlayasınız” , – deyə o, qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı