Şahin Şıxlinski Rusiyada axtarışa verildi
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski cinayət işi üzrə axtarışa verilib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rusiya DİN Baş İdarəsinin bazasında Şahin Şıxlinskinin axtarışa verilməsi barədə məlumat yerləşdirilib.
Xatırladaq ki, iyulun 1-də Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Sərbəst buraxıldıqdan bir müddət sonra isə onun barəsində axtarış elan edildiyi bildirilmişdi.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı