Qazaxda gənc qadın intihar edib
Qazaxda intihar hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb.
2001-ci il təvəllüdlü Aytən Mehdiyeva yaşadığı evdə özünü asıb.
Gənc qadının meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı