Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İsrail-Həmas müharibəsi: “Qəzza şəhəri tamamilə mühasirəyə alınıb”

3 noyabr / 14:37 3 dəq
Ff19aba0 7a0d 11ee b315 7d1db3f558c6
3 noyabr / 14:37
Burada sizin reklamınız ola bilər

İsrail ordusu “Qəzza şəhərini tamamilə mühasirəyə” aldıqlarını bildirib və Həmasın istifadə etdiyi atış nöqtələrinə zərbələr endirib.

“Qərb Xəbər” məlumat verir ki, Qəzza şəhəri müharibə başlamamışdan əvvəl Qəzza sektorunun ən böyük və ən sıx məskunlaşmış ərazisi olub.

BMT bildirib ki, Qəzzada sığınacaq kimi istifadə edilən məktəblərə son 24 saat ərzində İsrailin hücumları nəticəsində zərər dəyib.

Qurumun Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) yaydığı məlumata görə hücumlar nəticəsində Cabalia qaçqın düşərgəsində yerləşən məktəbdə ən azı 20 mülki şəxs ölüb.

Bu arada Livanda yerləşən Hizbullah silahlı qruplaşması Livan-İsrail sərhədində yerləşən və mübahisəli ərazi hesab olunan Şebaa Fermaları/Dov Dağı ərazisindəki İsrail ordu mövqelərini dronla vurduğunu qeyd edib.

Qəzzanın Həmasın nəzarətində olan hissəsinin Səhiyyə Nazirliyi müharibənin başladığı 7 oktyabr tarixindən bugünədək Qəzzada öldürülən mülki əhalinin sayının 9 mini ötdüyünü açıqlayıb.

İsrail ordusu isə cümə axşamı quru hücumları zamanı daha 4 əsgərinin öldüyünü deyib və bununla da Qəzzadakı döyüşlərdə həlak olan İsrail hərbçilərinin sayı 23-ə yüksəlib, Haaretz qəzeti yazıb.

Rəsmi Təl-Əviv Həmasın oktyabrın 7-də İsrail ərazilərinə endirdiyi raket zərbələri nəticəsində 1400 nəfərin həlak olduğunu bildirmişdi. Bundan sonra İsrail“Həması yox etmək” məqsədi ilə Qəzzanı bombalamağa başlayıb.

I.Babayeva

İsrail, Həmas, Fələstin, münaqişə, müharibə, Rəfah, yardım, insan haqları, Qəzza

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı