Bölgə xəbərləri

Deputatdan aliment təklifi: “Dövlət ödəsin”

30 sentyabr / 13:16 1 dəq
Pul
30 sentyabr / 13:16
Burada sizin reklamınız ola bilər

“Deputatlara daxil olan müraciətlər sırasında alimentlərlə bağlı məsələlər xüsusi yer tutur”.

“Qərb Xəbər”in məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, vətəndaşın aliment hüququnun tam şəkildə yerinə yetirilməsi vacibdir.

O, Aliment Fondunun yaradılmasını təklif edib.

“Aliment Fondu yaradılmalıdır, aliment ala bilməyənlərin pulu həmin Fond, yəni dövlət tərəfindən verilməlidir. Daha sonra isə alimenti ödəyəcək şəxsdən həmin vəsaitin geri qaytarılması təmin olunmalıdır”, – deyə Siyavuş Novruzov əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər