“Hazırda İran adlanan məkanda cərayan edən proseslərin vahid hədəf uğrunda, vahid istəklər və tələblər doğrultusunda baş tutduğunu söyləmək biraz gerçəklikdən uzaq olardı”.
Bu sözləri “Qərb Xəbər“ə müsahibəsində güneyli soydaşımız, siyasi şərhçi Çingiz Göytürk bildirib.
– İranda hazırki olaylarda daha çox ifadə azadlığı və insan haqları mübarizəsi kimi qalacaqmı, yoxsa bu bir azadlıq hərəkatına dönüşəcəkmi ?
– Müxtəlif bölgələrdə, o cümlədən fars olmayan bölgələrdə cərəyan edən hərəkətlər ilə fars bölgələrində cərəyan edən hərəkətlər arasında fərqlər var. Təbii ki, qadın haqları, insan haqları uğrunda mübarizə bu silsilə hərəkətlərin içərisində aparıcı rol oynayan məsələlərdəndir. Sadəcə qeyri-fars bölgələrində cərəyan edən mübarizə həm də digər istək və arzular ilə bərabər ön plandadır.
– Bu arada mən özəlliklə Sistan, Luristan və Bəlucistandakı mübarizənin fərqli yönlərinə diqqət çəkmək üçün bu faktı vurğulamaq istərdim. Hərçənd ki, bunu dilə gətirmək çox da asan deyil. Tamamilə bəlucların yaşadığı sistan və bəlucistanda son dönəmlərdə SEPAH-ın yüksək rütbəli komandirinin bir bəluc qızına qeyri-əxlaqi yanaşmasının da təsiri ilə bu bölgənin bir neçə şəhərində çox aqressiv reaksiyalar ortaya qoyulub. Hətta, deyilənə görə bir şəhər-Şah bahar şəhəri xalqın əlinə keçib.
– Güney Azərbaycan bu olayların harasındadır və Güneydəki təşkilatlanmanın durumu necədir ?
– Güney Azərbaycanda baş verən proseslər forma etibari ilə fars bölgəsindəki proseslərə bənzəsə də, mahiyyət etibarilə müəyyən qədər fərqli yönləri ilə də seçilməkdədir. Ümumi İran bölgəsindəki ixtişaşlarda qadın azadlığı və insan haqları şüarları ön planda olsa da, Güney Azərbaycanda isə bununla yanaşı milli haqlar məsələsi də özünü biruzə verir. Bu yanaşma da fars mühitində xoş qarşılanmayan yanaşmadır. Azadıstan dövlətimizin və Pişəvəri hokumətinin farslar tərəfindən ortadan qaldırıldığının şahidi olmuşuq.
Burada rejim dəyişikliyi uğrunda bir mübarizə cərəyan edir.
– Azərbaycan Milli Hərəkatı bu proseslərdə necə iştirak edir? Bu proseslərdə Azərbaycan Milli Hərəkatının mövqeyi nədən ibarətdir?
– Burada əsasən millətlərin mübarizəsi cərəyan edir. Azərbaycan Milli Hərəkatı sistemi etibarı ilə insan haqq və azadlıqlarının, o cümlədən qadın hüquqlarının müdafiəsində heç bir zaman proseslərə laqeyd yanaşmayıb. Bundan sonra da yanaşması mümkün deyildir. Bu məqsədlə başladılan mübarizədə Azərbaycan Milli Hərəkatının xalqın yanında və onun müdafiəsində iştirak edir. Sadəcə burada rejim dəyişikliyi uğrunda mübarizədə Azərbaycan Milli Hərəkatının yanaşması bir az fərqlidir. Onlar deyir ki, “nə şahçıyam nə şeyxçi, millətçiyəm millətçi”.
Son yüzillikdə fars dövlətçiliyinin iki əsəs nümayəndəsini, yəni monarx pəhləvi rejimini və islam cümhuriyyəti formasında təzahür edən fars dövlətçiliyinin hər ikisinə də özünün etimatsızlığını ortaya qoyur. Deyir ki, dövlətin yapısında rejim dəyişikliyi baş vermədən hər hansı dəyişiklik nəticə verməyəcəkdir.
– Mahiyyət etibarilə dünyanın ən iyrənc rejimiminin ortadan qaldırılması və daha doğrusu ilə dəyişdirilməsi lazımdır. Eyni mahiyyətli rejimin ortaya çıxması Azərbaycan xalqının və İranda yaşayan digər xalqların probleminin həllinə hər hansı bir köməklik etməyəcək. O zaman kömək edəcəkdir ki, dövlətin yapısinda da ciddi dəyişiklik olsun.
Rahib İsgəndərli