Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Hindistanın Cənubi Qafqaza dair planı nədir?

30 sentyabr / 15:36 2 dəq
433225
30 sentyabr / 15:36
Burada sizin reklamınız ola bilər
İrəvanı Bakıya qarşı silahlandırırlar.
Hindistan Ermənistana 244 milyon dollar dəyərində silah verəcək: bu, Dehli üçün xaricə ilk silah satışı, İrəvan üçün dağılmış hərbi arsenalın bərpası baxımından fürsətdir. Hərçənd, Dehlinin ilk silah bazarı olaraq Ermənistanı seçməsi müdafiə sənayesi üzrə ixrac imkanının dəyərləndirilməsindən daha böyük hədəfə hesablanıb.
Bu addım Hindistanın Cənubi Qafqaza daxil olmaq məqsədi daşıyır.
Birincisi, Dehlini Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı narahat edir, xüsusilə bu ittifaqın Kəşmir məsələsində İslamabadın mövqeyini gücləndirməsi baxımdan;
İkincisi, “Üç qardaş”ın təşkil etdiyi ox Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm potensiala malikdir və Dehli bu xəttə qarşı əks-həmlələrə əl atır;
Hindistanın əks-həmlələrini Cənubi Qafqazda qurması da strateji əhəmiyyətli Orta Dəhlizin əsas xablarından birinin bura olmasıdır: Dehli Orta Dəhliz üzərində Bakı-Ankara-İslamabad üçlüsünün Pakistanın Qvadar limanından istifadə perspektivinə qarşı çıxır, İranın Cabahar limanını əsas marşrut olaraq qəbul edilməsinə çalışır və bununla Pakistan, eləcə də Çin qarşısında əlini gücləndirmək istəyir; Və Orta Dəhliz üzərində əhəmiyyətli layihə olan Zəngəzur dəhlizinə qarşı Ermənistanla birlikdə hərəkət etmək Dehlinin maraqlarına uyğundur;
Hindistan Ermənistanı silahlandırmaqla həm Azərbaycana qarşı müqavimətini gücləndirməyə, həm də bölgədə iştirak imkanlarına nail olmağa çalışır.
Burada Qərb-Ermənistan-İran-Hindistan xəttinin maraqlarının uzlaşması, xüsusilə Zəngəzur dəhlizi məsələsində eyni mövqedə olmaları da diqqət çəkir. Və o ehtimalı da ön plana çıxarır ki, Hindistanın Ermənistanı silahlandırılması prosesinin pərdəarxası iştirakçıları arasında Qərb ölkələri də var.
Asif Nərimanlı
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı