Hörmüz boğazında 350-dən çox tanker keçid icazəsi gözləyir
Ərəbistan dənizi və Fars körfəzində yerləşən 350-dən çox tanker Hörmüz boğazından keçid üçün İrandan icazə gözləyir.
Bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, Ərəbistan dənizi və Fars körfəzində 25-i iri neft tankeri, 200-ü standart neft tankeri və 70-i mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi olmaqla ümumilikdə 350-dən çox tanker keçid üçün İranın təsdiqini gözləyir.
Məlumata görə, İran sözügedən gəmilərdən sistemlərini söndürərək gözləmə rejimində qalmağı tələb edib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı